Aeroportda sərnişinlər arasında kütləvi dava – VİDEO

0
701

Puerto-Riko hava limanında Filadelfiyaya uçuşun ləğv edilməsi davaya səbəb olub.

Belə ki, San-Xuan şəhərinin aeroportundan havaya qalxacaq təyyarədə sərxoş qadın olub. Pilot ondan təyyarəni tərk etməsini istəyib.

Başqa bir sərnişində COVID-19 simptomları aşkar edilib. Bundan sonra təyyarənin pilotu təhlükəsizlik siyasətinə görə uçuşu ləğv etməli olub.

Nəticədə, hava limanının terminalında bu xəbərdən əsəbiləşən sərnişinlər arasında dava baş verib. Dava nəticəsində iki nəfərin yaralandığı, lakin tibbi yardımdan imtina etdiyi qeyd olunur.