ADA Macarıstanın Diplomatik Akademiyası ilə əməkdaşlıq edəcək

0
287

Azərbaycanla Macarıstan arasında Anlaşma Memorandumu imzalanıb. 

Memorandumu Azərbaycan tərəfindən ADA Universitetinin rektoru Hafiz Paşayev, Macarıstan tərəfindən isə Xarici İşlər və Ticarət naziri Peter Siyarto imzalayıb.

Anlaşma Memorandumu ADA Universiteti ilə Macarıstan Diplomatik Akademiyası arasında əlaqələrlə bağlıdır.

Sənəd “ADA Universiteti ilə Macarıstan Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumudur.