Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransında Bakı Hərbi Məhkəməsi haqda da danışıb.
Ramiz Rzayev jurnalistlərin heç bir məhkəmə prosesinə buraxılmamasına münasibət bildirərəkən bunları deyib :
“Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər.
Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclasdır”, – R.Rzayev əlavə edib.