Açıq havada maska taxılmasına qarşıyıq – Həkim/VİDEO

0
364
Açıq havada maska taxılmasına qarşıyıq - Həkim/VİDEO

Həkimlər yaxın məsafə istisna olmaqla açıq havada maska taxılmasına birmənalı şəkildə qarşıdır.

Bunu ARB-24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüqar Qurbanov deyib.

O bildirib ki, açıq havada maska məcburiyyətindənsə, maskadan düzgün istifadə daha əhəmiyyətlidir: “Bu gün tətbiq olunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölümlə nəticələnmə halları müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik.

Bu gün açıq havada maskanın taxılıb-taxılmaması müzakirə olunur. Biz həkimlər ilk gündən yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşı olmuşuq. İnsan var həftələrlə bir maskanı istifadə edir. Belə hallarda onun açıq və ya qapalı məkanda taxılmasının heç bir mənası yoxdur. Buna görə maskadan düzgün istifadə daha əhəmiyyətlidir”.