Açıq hava atında dünyanın ən böyük heykəltəraşlıq sərgisi açılıb – FOTO

0
557

Avstraliyanın Sidney şəhərində açıq hava atında dünyanın ən böyük heykəltəraşlıq və art-obyektlər sərgisi açılıb. Bonday və Tamarama çimərliklərində təşkil olunmuş “Dəniz kənarında heykəllər” adlı sərgidə dünyanın müxtəlif ölkələrindən 100-dən çox rəssamın və heykəltəraşın əsərləri nümayiş etdirilir.

Sidneydə artıq 23-cü dəfədir keçirilən 18 ölkədən 111 müəllifin əsərləri arasında söz azadlığı, iqlim dəyişiklikləri, okeanların çirkləndirilməsi, müharibələr və bərabərlik kimi ictimai-siyasi mövzulara həsr olunmuş heykəllər də var. Təşkilatçılar bildirirlər ki, noyabrın 10-dək davam edəcək sərginin eksponatlarına 500 minə qədər insanın baxacağı gözlənilir. Lakin ən çox ziyarətçi sərginin son günü – ekspozisiyanın finalında laureatların və qalibin mükafatlandırılması mərasimində olacaq. Bu ilki qalib Yeni Zelandiya heykəltəraşı Morqan Consdur. Onun “Günəş doğarkən” heykəli sərgidən əvvəl keçirilən münsiflər heyətinin toplantısında qalib elan olunub.