
“Əvvəlki dövrlərlə müqayisədə valideynləri məktəblərə cəlb etmək çətinləşib. Bunun da obyektiv və subyektiv səbəbləri var”.Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, valideynlər bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirlər: “Valideynləri tədris prosesinə cəlb etməklə onların uşaqlarına olan münasibətini köklü şəkildə dəyişə bilərik. Bu mənada məktəblərdən yeni yanaşmalar və modellər gözləyirik. Amma valideyni yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə uşağının səhnədə necə çıxış etməsinə baxmaq üçün çağırmaq lazım deyil. Bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir. Onların diqqətinə müasir dövrün tələbləri çatdırılmalıdır”.