Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində baş verən güclü yanğın zamanı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlardan biri bina sakini, dördü isə FHN-nin yanğından mühafizə bölmələrinin əməkdaşlarıdır. “Cənnət Park” yaşayış kompleksində baş vermiş yanğın nəticəsində bina sakini olan qadın sifətin və yuxarı ətrafların birinci və ikinci dərəcəli yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.Xəsarət alan dörd nəfər FHN işçisindən ikisi Respublika Yanıq Mərkəzinə, digər ikisi isə Respublioka Toksikoloji Mərkəzinə yerləşdirilib.Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda onlara ambulator yardım göstərilir.