Abşeronda karantin qaydalarına əməl etməyənlərə qarşı reyd keçirilib – VİDEO

0
454

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktiki reydlər keçirilib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi  cəzalandırılıblar. Tədbir zamanı apteklərdə sanitar-gigiyenik qaydalara əməl etməyərək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində intizam tədbirləri görülüb. Polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Abşeron rayonunda karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.