Abşeron rayonunda kişi meyiti aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir.
Məlumata görə, Qobu qəsəbəsində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.