Abşeron layihəsinin 2023-cü ildə başa çatması planlaşdırılır – RƏSMİ + FOTO

0
587

Qarabağ” dayaq blokunun hazırlanması prosesində iştirak edən mütəxəssislərin 95 faizi yerli mütəxəssisdir”.

Bunu “BOS Şelf” şirkətinin Kommersiya meneceri Orxan Hüseynov bildirib.

O qeyd edib ki, blok iki ilə hazırlanıb:

“Blok hazırlanan zaman beynəlxalq standartlara cavab verir”.

O.Hüseynov qeyd edib ki, Abşeron layihəsinin 2023-cü ildə başa çatması planlaşdırılır.

“BOS Şelf” şirkətin nümayəndəsi Anar Qarayev qeyd edib ki, blok hazırlanan zaman təhlükəsizlik məsələləri də nəzərə alınıb:

“İşçilərə təlim keçirilib. Onlar yarana biləcək qəzaların qarşısını ala bilərlər. Bütün fəaliyyətlər riskin qiymətləndirməsi istiqamətində aparılır”.