ABŞ prezidenti Donald Trampın administrasiyası yeni Papanın seçilməsinə müdaxilə etməyə çalışacaq.
Rusiyalı publisist və tarixçi Yeqor Xolmoqorov “Telegram”da bu planlar barədə xəbərdarlıq edib.
Xolmoqorovun fikrincə, Papa Fransiskin ölümü ilə Tramp administrasiyası mühafizəkarın pontifik seçilməsinə şərait yaratmağa çalışacaq.
“Tramp administrasiyası onların immiqrasiya siyasətini tənqid etməyəcək bir mühafizəkarı seçmək üçün əhəmiyyətli səy göstərəcək”, – Xolmoqorov öz bloqunda yazıb.
Qeyd edək ki, Fransisk sağlığında ABŞ prezidenti Donald Tramp administrasiyasının qeyri-qanuni mühacirləri deportasiya etmək planlarını kəskin şəkildə pisləyib. ABŞ-ın vitse-prezidenti J.D.Vens pontifikin tənqidini qəbul etsə də, öz fikirlərini müdafiə etməyə davam edəcəyini bildirib.
Xatırladaq ki, Papanın ölümü bu gün, aprelin 21-də məlum olub.