Birləşmiş Ştatlar vətəndaş müharibələrinin başladığı və belə bir münaqişənin baş vermə ehtimalının hər il artdığı ölkələr kriteriyasındadır.
Bu barədə “Foreign Policy” qəzeti politoloq Barbara Valterə istinadən məlumat yayıb.
“Skeptiklərin burada yenidən vətəndaş müharibəsinin baş verə bilməyəcəyini söyləmələrinin səbəblərindən biri istifadə etdikləri modelin 1861-1865-ci ilə aid olmasıdır. Və bu doğrudur. Bu dəfə burada başqa bir şey baş verə bilər”, – deyə vətəndaş müharibəsi tədqiqatçısı bildirib.
Onun sözlərinə görə, ABŞ-da vətəndaş müharibəsi ehtimalı demokratik institutlara inamsızlıq və siyasi manipulyasiya səbəbindən yüksəkdir. O, münaqişənin qarşısını almaq üçün Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq Amerika demokratiyasında köklü islahatların aparılmasının zəruri olduğunu vurğulayıb.