ABŞ və Rusiya arasında yeni münaqişə bu bölgədə olacaq

0
168

Arktika ABŞ və Rusiya arasında mümkün toqquşmanın yeni bölgəsi hesab olunur.

Bu barədə “Bloomberg” yazır.

“Arktikanın dəniz dibi ehtiyatlarının miqyası yaxşı xəritələşdirilməyib, lakin hesablamalar göstərir ki, region, dünya neft və təbii qaz ehtiyatlarının təxminən dörddə birini tutur”, – yazıda deyilir.

Qeyd edilir ki, Rusiya Arktikada hərbi mövcudluğunu gücləndirir və ABŞ və NATO ilə qarşıdurma yaranacağı təqdirdə düşmənə ciddi ziyan vura biləcək. Qrenlandiya-İslandiya-Böyük Britaniya dəhlizi xüsusi maraq doğurur. Rusiya potensial olaraq kommersiya daşımalarını poza və ya ABŞ-ın hərbi təchizat xətlərini kəsə bilər.

Norveçdəki Fridtjof Nansen İnstitutunun baş elmi işçisi Andreas Oesthagenin fikrincə, Şimali Avropa və Arktikada vəziyyətə və təhlükəsizliyə nəzarət etmək üçün Rusiya çox güclü təhlükəsizlik sisteminə malik olmalıdır.

Bundan əvvəl Dövlət Departamentinin müşaviri Derek Şolle ABŞ-ın Arktikada Rusiya ilə əməkdaşlıq imkanlarını şərh edib. O, bunun yaxın gələcəkdə baş verməyəcəyini bildirib