ABŞ və müttəfiqləri Tehranın Moskvaya ballistik raketlər ötürəcəyi iddiası ilə İrana daha sərt sanksiyalarla bağlı xəbərdarlıq edib.

0
74

Bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel bildirib.

“Biz və tərəfdaşlarımız həm Yeddilik Qrupunun, həm də NATO-nun bu yay keçirilən sammitlərində aydın şəkildə ifadə etdik ki, İran ballistik raketlərin ötürülməsini davam etdirəcəksə, biz güclü şəkildə cavab verəcəyik. İranın dəstəyi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini gücləndirir”, – diplomat bildirib.

Xatırladaq ki, “Reuters” daha əvvəl bildirmişdi ki, Avropa kəşfiyyat agentlikləri İranın yaxın gələcəkdə Rusiyaya yüzlərlə qısamənzilli ballistik raket göndərəcəyini gözləyir.