ABŞ və Britaniya səfirləri Ağdamda – Fotolar

0
265

ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Örl Litzenberger və Ceyms Şarp Ağdama səfər ediblər.

Bu barədə məlumat ABŞ səfirliyinin rəsmi feysbuk hesabında paylaşılıb.

“Nümayəndə heyəti Ağdamda yerləşən Pənahəli Xan Sarayı və türbələri, Dram Teatrı, Çörək muzeyi və Cümə məscidinin dağıntıları ilə tanış olublar. Səfirlər, həmçinin şəhərin yenidən qurulması planları ilə də tanış olublar. Səfir Liztenberger qeyd edib ki, Azərbaycan bu ərazini yenidən bərpa üçün böyük çətinliklərlə üzləşir”, – deyə məlumatda qeyd olunub.