“Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməklə sizə qoşuluruq”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.
Bildirilib ki, amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar.
“Birlikdə biz terrorçuluğa və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”, – deyə mətndə əlavə olunub.