Pentaqon Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına Avropada təlim keçmək məqsədini dəyişdirmək qərarına gəlib. Bu, Ukrayna ordusunu böyük hücuma hazırlamaq üçün təlim kursunun çətinləşdirilməsini və birləşmiş silahlı döyüş elementlərinin tətbiqini nəzərdə tutur”.
Bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
Onun sözlərinə görə, Ukrayna yalnız itirilmiş əraziləri qaytarmaq istəyir. Təlim beş-səkkiz həftə ərzində baş tutacaq. Həmçinin Milli bu yaxınlarda Almaniyanın Grafenver poliqonuna gələn 500 Ukrayna hərbçisi üçün yeni bir təlim kursunun başladığını bildirib.
“Bloomberg” daha əvvəl Kiyevə 4000-dən çox zirehli texnika, təyyarə, artilleriya qurğuları və digər silah sistemləri verildiyini açıqlamışdı