ABŞ Kiyevə kəşfiyyat məlumatlarının verilməsini dayandırıb, lakin Rusiya və Ukrayna haqqında məlumatları ən yaxın müttəfiqlərinə ötürməkdə davam edir.
Bu barədə “Financial Times” rəsmilərə istinadən məlumat yayıb.
“Vaşinqton Ukraynaya gedən kəşfiyyat kanallarını dondurub. Amma ABŞ hələ də ən yaxın müttəfiqlərinə, o cümlədən Britaniyaya Rusiya və Ukrayna ilə bağlı kəşfiyyat məlumatları təqdim edir”, – nəşr qeyd edib.