ABŞ üçün yeni təhlükə: Bu dəfə təşəbbüs Rusiyadan gəlir

0
560

Təşəbbüsün niyə məhz Moskvadan gəldiyi aydındır. Son illər ərzində Rusiya aqrosənaye məhsullarının aparıcı tədarükçüsünə çevrilib

 Rusiya baş nazirinin müavini Aleksey Qordeyev OPEC-ə analoq təşkilat yaratmağı təklif edib. Lakin bu təşkilat neftin yox, taxılın qiymətlərini koordinasiya etmək və planetdə aclıqla mübarizə üçün nəzərdə tutulub.

RİA Novosti mövzu ilə bağlı şərhində belə bir kartelin kənd təsərrüfatı bazarında vəziyyəti necə dəyişəcəyini nəzərdən keçirib.

Buğda sahəsi, arxiv şəkli
Dünyanın taxıl mənbəyi

Oktyabrın əvvəlində Qordeyev Almaniyanın Kənd Təsərrüfatı və Ərzaq Naziri Yulia Klökner ilə görüşdə taxıl istehsalçılarının beynəlxalq təşkilatının yaradılması perspektivlərini müzakirə edib.

Baş nazirinin müavini hesab edir ki, “taxıl OPEC”inə Rusiya, Avropa İttifaqı, Kanada, Argentina və digər ölkələr daxil ola bilər. Qiymətlərin koordinasiyası nəhəng buğda istehsalçılarına itkilərdən qaçmaq imkanı verməklə yanaşı, həm də idxalçı ölkələr üçün taxılı daha da əlçatan edəcək.

Bu təşəbbüsün niyə məhz Moskvadan gəldiyi aydındır. Son illər ərzində Rusiya aqrosənaye məhsullarının aparıcı tədarükçüsünə çevrilib. Rusiyanın Aqrobiznes Ekspert-Analitik Mərkəzinin məlumatına görə, keçən il dünya üzrə taxılın ixracı 190,6 milyon tona çatıb. Bunun 23,1 faizi Rusiyanın ixrac etdiyi taxılın payına düşür. Qordeyevin adını çəkdiyi “taxıl OPEC”inin potensial üzvləri isə bazarın 65,7 faizini idarə edirlər.

Qeyd edək ki, kənd təsərrüfatı Rusiyanın ixracatında əsas yerlərdən birini tutur. Belə ki, ölkənin Kənd Təsərrüfatı naziri Dmitri Patruşevin sözlərinə görə, Rusiya ərzaq ixracından ümumilikdə 25,9 milyard dollar qazanıb. Bu, ölkənin silah satışından əldə etdiyi qazancdan təxminən iki dəfə çoxdur.

Read more: https://sputnik.az/russia/20191016/422050605/Rusiya-taxil-OPEC-ini-yaratmaq-isteyir.html