ABŞ Türkiyə Müdafiə Nazirliyinin nümayəndələrinə dəvət göndərib

0
291

Türkiyə Müdafiə Nazirliyinin texniki heyəti Amerika tərəfinin dəvəti ilə ABŞ-a yola düşüb. Səfərdə məqsəd “F-16” qırıcılarının tezliklə modernləşdirilməsi və alınması məsələlərini müzakirə etməkdir.  

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik xatırladıb ki, bundan əvvəl tərəflər bu mövzuda bir sıra məsləhətləşmələr aparıblar.