
ABŞ-ın futbol üzrə MLS çempionatında ən yaxşı qolu Zlatan İbrahimoviç vurub.
Hazırda “Milan”ın formasını geyinən 39 yaşlı forvardın “Los Angeles Galaxy”dəki debüt matçında vurduğu top MLS tarixinin ən yaxşısı seçilib.
2018-ci ildə komandasının 4:3 hesablı qələbə qazandığı “Los Angeles”lə derbinin 90+1-ci dəqiqəsində isveçli futbolçu təxminən 40 metrlik məsafədən möhtəşəm zərbə ilə toru silkələyib.
Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm keçirdiyi 10 oyunda 11 qol vurub, iki məhsuldar ötürmə verib.