Bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir bildirib.
O, özünün “Twitter”dəki səhifəsində yazıb ki, bununla da ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib.
“Tarixdə ilk dəfə prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir”, – deyə o, sosial şəbəkədəki hesabında yazıb.
Son məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 519 453 insan yoluxub, 20 071 nəfər ölüb.
ABŞ COVID-19 infeksiyası qurbanlarının sayına görə İtaliyanı qabaqlayaraq dünyada birinci yerə çıxıb.