ABŞ təbii qazın istifadəsindən imtina edir

0
305

Nyu-York Şəhər Şurası yeni binalarda təbii qazdan istifadənin qadağan edilməsinə dair qərar verib.

Qərar səsvermə yolu ilə qəbul edilib.

Qanun 2023-cü ildə qüvvəyə minəcək və hündürlüyü yeddi mərtəbədən aşağı olan binalara şamil ediləcək.

Yeddi mərtəbədən yuxarı binalar üçün isə bu norma 2027-ci ildən sonra tətbiq olunacaq.

Lakin bu qərar gələcəkdə şəhər əhalisi üçün mənfi iqtisadi nəticələrə gətirib çıxa bilər.

Belə ki, evləri elektrik enerjisi ilə isitmək Nyu-York sakinlərinə daha baha başa gələcək.

Qeyd edək ki, Nyu-York ABŞ-da müvafiq qərarı qəbul edən ilk şəhəri deyil.

ABŞ-da yeni binalarda təbii qazdan imtina praktikası ilk dəfə Kaliforniyanın San Xose şəhərində tətbiq edilib.