ABŞ hərbçiləri Suriyanın şimalına aviazərbələr endiriblər.
Bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, zərbəni ABŞ-ın iki F-15 təyyarəsi endirib. Təyyarələrin hədəfi ABŞ-ın bölgədən çıxmasından sonra burada qalan hərbi sursat və hərbi texnika anbarları olub.
Agentliyin mənbəsi anbarların ABŞ hərbçilərinin bazanı tərk etməsindən dərhal sonra vurulduğunu bildirib.