ABŞ Rusiyaya dəstək verən Ermənistan şirkətinə sanksiya tətbiq edib

0
230

ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün Ermənistan və Çindən olan şirkətlərə sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiyanın “Radioavtomatika” kompaniyasının Çin Xalq Respublikasının olan təchizatçısı “Sinno Electronics Co. Limited” və Ermənistandan olan təchizatçısı “Taco LLC” sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edilib.

Qeyd edək ki, bir neçə saat əvvəl Kremldə Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilib.

Daha sonra Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin qondarma nümayəndələri müvafiq sənədlərin altına öz imzalarını çəkiblər.

Bu hadisədən dərhal sonra ABŞ, Böyük Britaniya, Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.