ABŞ-Rusiya münasibətlərinin istiləşməsi buna səbəb olacaq – DETALLAR

0
18

Çin Xalq Universitetinin Chongyang Maliyyə Araşdırmaları İnstitutunun baş elmi işçisi Çjou Rong Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşü dəyərləndirib.

Çjou Rusiya və ABŞ arasında keçirilən bu yüksək səviyyəli görüşün mühüm nəticələrindən birinin tərəflərin səfirliklərin işini bərpa etmək barədə razılığa gəlməsi olduğunu bildirib:

“Məlum olduğu kimi, Bayden administrasiyası dövründə Rusiya və ABŞ-da səfirliklər olsa da, onların diplomatik fəaliyyəti olmayıb. Rusiyanın ABŞ-dakı səfirliyi və ABŞ-ın Rusiyadakı səfirliyi demək olar ki, bağlanıb. Görüşdən sonra iki ölkənin diplomatik qurumlarının rəsmi fəaliyyətə başlaması, o cümlədən işçilərin sayının normal səviyyəyə çatdırılması gözlənilir. ABŞ və Rusiya arasında münasibətlərin istiləşməsi Avropa ilə Rusiya arasındakı münasibətlərə də təsir edə bilər. Nəzərə almaq lazımdır ki, Avropa Rusiyaya qarşı ABŞ-dan daha sərtdir”.