ABŞ-da yeni növ koronavirus (COVID-19) pandemiyasının aşkar olunması üçün 10 milyondan çox test aparılıb.
Bu barədə Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən məlumat verib
ABŞ prezidenti bildirib ki, bu rəqəm bütün ölkələrin keçirdiyi ümumi test analizlərindən iki dəfə çoxdur.
Qeyd edək ki, ABŞ COVID-19 virusuna yoluxan xəstələrin sayına görə dünyada (1 430 348) liderdir.