ABŞ Qrenlandiyanı neçəyə ala bilər? – Qiymət hesablandı

0
16

Danimarkadan Qrenlandiyanı almaq ABŞ-a 2,2 milyard dollardan çox başa gələ bilər.

Bu hesablamanı nüfuzlu “Newsweek” jurnalı aparıb.

Nəşr bildirib ki, sonrakı illik ödənişlər isə 600 milyon dolları keçə bilər.

Məqalədə deyilir: “ABŞ hökumətinin Danimarkaya ümumi təklifinin 2,2 milyard dolları keçmək ehtimalı var”.

“Newsweek” izah edib ki, bu rəqəm ABŞ-ın o vaxtkı prezidenti Harri Trumenin 1946-cı ildə Qrenlandiya üçün Danimarkaya təklif etdiyi məbləğə (inflyasiya nəzərə alınmaqla) hazırkı prezident Donald Trampın onlara təklif etdiyi illik ödənişlər əlavə edilməklə əldə olunub.

Məqalədə qeyd olunur ki, ABŞ Qrenlandiyaya – hazırda Kopenhagen tərəfindən verilən subsidiyaları ildə təxminən 600 milyon dollar artırmağı düşünür.

Xatırladaq ki, Tramp dəfələrlə Kanada və Qrenlandiyanın ABŞ-ın bir hissəsi olmasının vacibliyini bəyan edib.