
ABŞ Prezidenti Donald Tramp 2020-ci il müdafiə büdcəsinin layihəsini imzalayıb.
Qanunda “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəyə “F-35” təyyarələrinin təslim edilməməsi nəzərdə tutulur.
Eyni zamanda Türkiyəyə sanksiya tətbiq olunmasının lazım olduğu ifadə edilir.
Layihənin “Milli Müdafiə Strategiyası çərçivəsində Modernizasya Programları” çərçivəsində Türkiyə tərəfindən sifariş edilən “F-35” təyyarələrinin geri alınması üçün 440 milyon dolları ayrılması nəzərdə tutulur.