ABŞ Peşmərgəyə hərbi yardım göndərdi

0
447

ABŞ İraqdakı Peşmərgə qüvvələrinin 2 briqadasına hərbi yardım edib.

Bu barədə İraq Kürd Muxtariyyətinin Peşmərgə (Müdafiə) Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Peşmərgə qüvvələrinə 250 milyon dollarlıq yardım qərarı çərçivəsində zirehli avtomobillər və logistik məhsullar göndərib.

Məsələ ilə bağlı açıqlama verən Peşmərgə naziri Şoreş İsmayıl koalisiya qüvvələrinin dəstəyi ilə dünyanın ən vəhşi terror təşkilatına qarşı döyüşdüklərini açılayıb:

“Çox təəssüf ki, İŞİD-in fərqli bölgələrdə yenidən fəaliyyətə keçdiyini görürük. Terror təşkilatının tamamilə məhv edilməsi üçün Peşmərgəyə verilən dəstəyin artırılması vacibdir”.