ABŞ-ın baş infeksionisti Entoni Fauçi ölkəsinin koronavirusa qalib gəlməsi üçün əsas şərti açıqlayıb.
Bu barədə CNN məlumat yayıb.
Onun sözlərinə görə, pandemiya üzərində qələbə qazanmaq üçün əhalinin 70-85 faizinin vaksinasiya olunması və ya xəstəlikdən sağalması gərəkdir.
Qeyd edək ki, bu günə qədər ABŞ-da 31 637 243 nəfər koronavirusa yoluxub. Onlardan 572 849 nəfər ölüb, 24 206 539 isə sağalıb.