ABŞ ordusunda qalmaqal: bütün hərbi məlumatlar bu ölkəyə satıldı

0
92

ABŞ Ədliyyə Nazirliyi çavuş Korbein Şultsun hərbi sirləri Çinə satdığını etiraf etdiyini açıqlayıb. Korbein Şults mart ayında FTB və ABŞ Ordusu Əks Kəşfiyyat Komandanlığı (ACIC) tərəfindən aparılan araşdırmadan sonra həbs edilib.

İttihama görə, Honq-Konqda yaşayan Şults ABŞ-ın raket, artilleriya silah sistemləri, o cümlədən yüngül reaktiv yaylım atəş sistemi (HIMARS), pilotsuz uçuş aparatları taktikası, hərbi peyklər və hərbi təlimlərlə bağlı araşdırmalardan ibarət sənəd hazırlayıb.

O, Çin kimi böyük ölkələrdəki əməliyyatları kiməsə sızdırmaqda günahlandırılıb. Çavuş həmçinin Rusiyanın Ukraynadakı müharibəsindən öyrəndikləri əsasında ABŞ döyüş təyyarələri, hərbi taktikaları və ABŞ ordusunun Tayvana qarşı müdafiə strategiyası haqqında məlumat toplayıb.İstintaqda Şultsun verdiyi məlumata görə, 42 min dollar aldığı bildirilib. Çavuş ona qarşı irəli sürülən bütün ittihamları boynuna alıb.