
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriyanın şimalında hərbi baza quracaq.
Məlumata görə, baza Suriyanın Türkiyə və İraqla sərhədinin yaxınlığında yerləşəcək.
Artıq Əl-Həsəkə vilayətində hərbi bazanın inşasına başlanılıb.
Qeyd edək ki, ABŞ Suriyanın şimal-şərqində təxminən səkkiz hərbi baza qurub.
Bunlardan ən böyüyü hazırda ABŞ ordusunun və kürdlərin nəzarətində olan neftlə zəngin ərazilərdə yerləşir.