Polşa prezidenti Andjey Duda Amerika Birləşmiş Ştatlarını nüvə silahını Polşa ərazisinə köçürməyə çağırıb.
Bu barədə “Financial Times” məlumat yayıb.
Qəzetin məlumatına görə, Duda Vaşinqtona nüvə silahının Amerika və ya Qərbi Avropa ərazisindən Polşaya köçürülməsini təklif edib. O, bu məsələni ABŞ prezidentinin müşaviri Keyt Kelloqla müzakirə edib.
“Duda ABŞ nümayəndələrinə müraciət edərək onları nüvə silahını Polşa ərazisinə köçürməyə çağırıb”, – nəşr qeyd edib.
Polşa prezidentinin sözlərinə görə, 1999-cu ildə Şimali Atlantika Alyansının sərhədləri şərqə keçib, ona görə də indi NATO-nun bütün infrastrukturu şərqə köçürülməlidir.