ABŞ-ın “Firefly Aerospace” şirkətinin “Blue Ghost” adlı kosmik gəmisi Aya eniş edib.
Bu barədə NASA “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Aya eniş ABŞ-ın şərq sahili vaxtı ilə saat 03:34-də qeydə alınıb.
Modul Ayın görünən tərəfindəki Böhran dənizində Latreyl dağının yaxınlığındakı səthdə iki həftə ərzində aktiv şəkildə işləyəcək. Bunun Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlaşmağa kömək edəcəyi gözlənilir.
Qeyd edək ki, Aya eniş aparatı yanvarın 15-də “SpaceX”in “Falcon 9” raketi ilə buraxılıb.