ABŞ Konqresində Türkiyəyə qarşı sanksiyalara baxılacaq

0
585

ABŞ-ın konqresmenlər qrupu Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqqında qətnaməni Nümayəndələr Palatasının baxılması üçün təqdim edib.

Bu barədə Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsinin mətbuat xidməti bildirib.

Qətnamə “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə əks təsir haqqında” qanun çərçivəsində “sanksiyaların tam tətbiqi”, həmçinin Türkiyənin F-35 beşinci nəsil qırıcı-bombardmançısının yaradılması proqramından çıxarılması çağırışlarını özündə əks etdirib.

Bu qətnamə Rusiyadan C-400 zentik-raket sistemi alacağı təqdirdə Türkiyəyə qarşı tətbiq oluna bilər.