ABŞ-ın üç mühüm dövlət qurumunda türk mənşəli xanımlar çalışacaq – foto

0
299

Əvvəllər “Bloomber LP” şirkətinin siyasət şöbəsinin müdiri olmuş Didəm Nişancı bundan sonra maliyyə nazirinin aparat rəhbəri vəzifəsində işləyəcək. Bu xanım Barak Obama dövründə ABŞ-ın Birja və Qiymətli Kağızlar Komissiyasının aparat rəhbəri kimi fəaliyyət göstərib. O, həmçinin senatın bank, daşınmaz əmlak və şəhər məsələləri üzrə alt komitəsinin direktoru olub.  

Baden administrasiyasının əməkdaşı olan ikinci türk xanım Özgə Gözəlsudur. O, ABŞ Müdafiə Nazirliyinin Baş hüquq məsləhətçisinin müavini təyin edilib. Bundan öncə Gözəlsu Senatın hərbi komitəsində çalışıb.

Okeanın o tayında yüksək vəzifəyə təyinat alan üçüncü türk xanım isə Naz Durakoğludur. O, Dövlət Departamentinin Konqreslə əlaqələr üzrə məsul şəxsinin müavinidir. Durakoğlu da vaxtilə Obama administrasiyasında çalışıb, Viktoriya Nulandın baş müşaviri olub.