ABŞ-ın sülh planı üzə çıxdı – Ukraynanın 20 faizi…

0
156

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns yanvarın ortalarında Ukrayna və Rusiyaya sülh planını təqdim edib.

Bu barədə “Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb. Bildirilib ki, Amerika prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini Kiyevə və Moskvaya bu təkliflə göndərib: sülh müqabilində Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiya tərəfinə verilməsi.

Məqalədə qeyd olunub ki, hər iki tərəf oxşar qərardan imtina edib. NZZ həmçinin vurğulayıb ki, Almaniyanın xarici siyasət rəsmilərinin sözlərinə görə, Bayden Ukraynada uzun sürən müharibənin bitməsini istəyir.

Materialda o da əlavə olunub ki, yalnız Berns təklif olunan planla uğursuzluğa düçar olduqdan sonra Amerika prezidenti Abrams tanklarını Kiyevə vermək qərarına gəlib