Türkiyənin Ana Vətən Partiyasının sədr müavini Ethem Sancak bildirib ki, Türkiyə 5-6 ay ərzində Şimali Atlantika Alyansından çıxa bilər.
Bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
“NATO öz təxribatları ilə bizi buna məcbur edir. Bizi qonşumuz Yunanıstana qarşı qoymağa çalışırlar. Türkiyə 5-6 aya NATO-dan çıxacaq. Bizi Yaxın Şərqin burulğanına sürükləməyə çalışırlar. Nəhayət, İsveç və Niderlandda Qurana qarşı hərəkətləri görürsünüz”, – deyə Sancak bildirib.
O, həmçinin qeyd edib ki, son sorğular Türkiyə əhalisinin ən azı 80%-nin ABŞ-ın respublikaya qarşı düşmənçilik və dağıdıcı siyasət yürüdən ölkə olduğuna əmin olduğunu göstərib.
“Son zamanlar türk xalqı Rusiyaya və prezident Vladimir Putinə rəğbət bəsləməyə başlayıb”, – deyə siyasətçi yekunlaşdırıb