ABŞ-ın məsələləri Putinin cədvəlində neçənci yerdədir? – Peskov açıqladı

0
81

Jurnalistlər Kreml rəsmisi Dmitri Peskova ABŞ prezidentliyinə namizədlərdən Vladimir Putinin əslində hansına üstünlük verməsi ilə bağlı sual ünvanlayıblar.

Peskov sualı belə cavablandırıb:

“ABŞ-ın məsələləri prezidentin gündəmində birinci yerdə deyil və ola da bilməz. Onun üçün əsas olan bizim ölkəmiz, xalqımızdır”.

Daha əvvəl Şərq İqtisadi Forumunun plenar iclasında Putin istehza ilə bəyan etmişdi ki, Moskva demokratların rəqibi Kamala Harrisi dəstəkləyəcək, çünki Ağ Evin hazırkı rəhbəri Co Bayden də məhz bunu etməyi məsləhət görüb.

Qeyd edək ki, ABŞ-da seçkilər noyabrın 5-də baş tutacaq. Harrisin rəqibi respublikaçı, milyarder Donald Trampdır. O, 2016-2020-ci illərdə prezident olub.