
İraqın paytaxtı Bağdadda baş verən partlayışın təfərrüatları məlum olub.
Bu barədə Al-Arabiya xəbər yayıb.
Bildirilir ki, minaatan atəşi Al-Cadiriya ərazisində qeydə alınıb. Atəşlər nəticəsində 5 nəfər xəsarət alıb.
Bundan başqa, telekanalın məlumatına görə, Bağdadın şimalında yerləşən “Balad” hərbi hava bazası “Katyuşa” tipli iki raket atəşinə məruz qalıb. Bazadan ABŞ ordusunun istifadə etdiyi müəyyənləşdirilib.