ABŞ-ın Gəncədə konsulluq açması təklif edildi: “Regionda yeni reallıq yaranıb”

0
441

“ABŞ Azərbaycanın strateji ticarət mərkəzi və ikinci ən böyük şəhəri olan Gəncədə konsulluq açmalıdır”.

ABŞ-da “Heritage Foundation” Beynəlxalq Siyasət Mərkəzinin rəhbəri, siyasi məsləhətçi Lyük Koffi bu təkliflə çıxış edib. 

Onun sözlərinə görə, konsulluq Vaşinqtonun bu regiona ciddi yanaşdığının göstəricisi ola bilər.

“Regionda yeni bir reallıq yaranıb, hansı ki, ABŞ anlamalı və diqqətə almalıdır”, – deyə siyasi məsləhətçi özünün “Twitter”  hesabından bildirib.

Siyasi məsləhətçi konsulluğun Naxçıvanda da açılmasının yaxşı təklif olduğunu vurğulayıb.