ABŞ-ın dəstəyi olmasa, Ukraynanın sağ qalmaq şansı var? – Zelenski deyir ki…

0
19

Vladimir Zelenski “ABŞ-ın dəstəyi olmadan Ukraynanın sağ qalmaq” şansını aşağı qiymətləndirib.

Bu barədə Ukrayna lideri “NBC News”a müsahibəsində bildirib.

O, strateji tərəfdaşlığın olmaması barədə “düşünmək istəmədiyini” açıqlayıb. “Bu, çox, çox, çox çətin olacaq. Və əlbəttə ki, bütün çətin vəziyyətlərdə sizin şansınız var”, – Zelenski jurnalistlərə deyib.

Bundan əvvəl Ukrayna rəhbəri Münhendə ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə görüşüb və amerikalılara və şəxsən Donald Trampa dəstəyə görə təşəkkür edib.

ABŞ-ın ölkənin təbii ehtiyatları ilə bağlı təklif etdiyi razılaşmadan danışan Zelenski qeyd edib ki, “komandalar sənəd üzərində işləməyə davam edəcəklər”.