Sentyabrın 9-da ABŞ-ın Corciya ştatının Atlantik sahillərində yük gəmisi aşıb.
Dörd komanda üzvünün taleyi naməlum olaraq qalır.
Bildirilir ki, 24 komanda üzvündən 20-i təxliyə edilib. Avtomobilləri daşıyan “Golden Ray” yük gəmisi Marşal adaları bayrağı altında Baltimor şəhəri (Merilend ştatı) istiqamətində gedirmiş.
Qeyd edilir ki, aşan gəmidə yanğın başlamışdı.