ABŞ-ın Azərbaycana COVID-19-la mübarizə çərçivəsində hansı avadanlıqlar göndərdiyi məlum olub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən cavab olaraq bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ-ın Avropa Komandanlığı Azərbaycanda COVID-19-la mübarizəyə dəstək göstərmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna xüsusi fərdi mühafizə vasitələri təqdim edib.
Belə ki, sözügedən vasitələrə 1578 ədəd kombinezon və 500 ədəd qoruyucu maska daxildir.