ABŞ-ın Alabama ştatında beş nəfər tornadonun qurbanı olub

0
366

Alabama ştatının Kalxun bölgəsində tornado nəticəsində ən azı beş nəfər ölüb.

Ştatın 20 mindən çox sakini gecə işıqsız qalıb. Ştatın ən böyük şəhəriBirmingemdə 30-50 bina dağılıb.

Yerli hakimiyyət orqanları, xilasetmə və təcili yardım xidmətləri zərərin qiymətləndirilməsinə və qurbanların axtarılmasına davam edir. Daha əvvəl ABŞ Milli meteoroloji xidmətinin ixtisaslaşmış şöbəsi Alabama, Mississippi və Tennessi ştatlarında tornado təhlükəsi barədə xəbərdarlıq edib.