ABŞ-ın müdafiə naziri Pit Heqset Yəməndə husilərə qarşı başladılan hücumlarla bağlı açıqlama verib.
Heqset intensivləşən hücumların davam edəcəyini bildirib.
O qeyd edib ki, husilərlə bağlı qərarları dəqiqdir: “Husilər gəmilərimizə və dronlarımıza hücumları dayandıranda, bu hücumlar sona çatacaq. Lakin o vaxta qədər amansızcasına davam edəcəyik”.
Heqset ABŞ-ın husilərə qarşı bu hücumları həyata keçirməsinin birbaşa öz milli maraqları ilə əlaqəli olduğunu vurğulayıb:
“İran çox uzun müddətdir husilərə imkan verir. İndi geri çəkilsələr, daha yaxşı olar”.