ABŞ hərbi dəniz qüvvələrinə məxsus “Donald Kuk” gəmisi Gürcüstanın ərazi sularına daxil olub.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, səfər ABŞ və Gürcüstanın hərbi dəniz donanmaları arasındakı əməkdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır.
“Amerika gəmisinin səfəri zamanı Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə əlaqədar irəli sürdüyü bütün tələblərə riayət olunacaq. Səfər çərçivəsində nəzərdə tutulmuş bütün görüşlər onlayn formatda keçiriləcək”, – deyə Gürcüstan DİN bəyan edib.
“Donald Kuk” fevralın 6-da Gürcüstan sahil mühafizəsi ilə birgə təlimlər keçirdikdən sonra ölkənin ərazi sularını tərk edəcək.