ABŞ həmin raketləri Almaniyaya göndərir – Sazişi təsdiqləndi

0
61

ABŞ Dövlət Departamenti Almaniyaya Patriot raketlərinin satışına dair sazişi təsdiqləyib.

Bu barədə “RİA Novosti” Pentaqonun tərkibinə daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinə istinadla məlumat yayıb .

“Departamentin məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tip 600-ə qədər raket almaq imkanı istəyib”, – hesabatda qeyd edilib.

Almaniya həmçinin müvafiq avadanlıq, təlim proqramları, ehtiyat hissələri – bütün lazımi xidmətlərin çeşidini alacaq.

Pentaqon gələcək sazişi faydalı adlandırıb, çünki o, Avropadakı əsas müttəfiqini dəstəkləməklə ABŞ-ın xarici siyasətinin maraqlarına xidmət etməlidir.