ABŞ gələn ay Gürcüstanda hakimiyyəti ələ keçirəcək: Kəşfiyyat Xidmətindən şok iddia

0
57

Oktyabr ayında ABŞ Gürcüstanda hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırır.

Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

ABŞ Dövlət Departamenti hakim “Gürcü arzusu” partiyasının qarşısını almaq istəyir, çünki onlarla əməkdaşlıq sadəcə olaraq sərfəli deyil.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Rusiya departamentinin məlumatına görə, Vaşinqton ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərliyi ilə Gürcüstan istiqamətində əməkdaşlığa başlayıb.

Məlumatda vurğulanır ki, səsverməyə 10-20 gün qalmış açıqlanacaq “ara nəticə”dən aydın olacaq ki, Gürcüstanda azad və ədalətli seçkilər üçün şərait yoxdur. Və ilkin nəticələr elan olunan kimi, seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy veriləcək.